"Muhteşem yüzyıl" bitdi, saqqal qaldı - FOTO

5 İyul 2014 13:22

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl" başa çatsa da, "Qanuni Sultan Süleyman" rolunu oynamış aktyor Halit Ergenc saqqalını təraş etdirməyib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, aktyorun dediyinə görə, "Muhteşem yüzyıl" serialının motivləri əsasında film çəkiləcəyi istisna olunmur.
 

"Həmin filmlə bağlı konkret qərarı gözləyirəm. Ona görə də saqqal hələ qalıb", - aktyor deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.