Ruhidən gənc xanımları qıcıqlandıracaq açıqlama

5 İyul 2014 13:33

Ruhi Əliyeva: "Xanımlara nisbətən bəylərimiz daha zövqlü idilər"

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Gündəlik" verilişində Mətanət Əliverdiyevanın qonağı şou-biznesin "biznes-ledi"si Ruhi Əliyeva olub. Xanım biznesmen "Özünə bax 3" yarışının final günündən və iştirakçılardan danışıb. Verilişdə ən diqqət çəkən məqam isə Ruhinin sözügedən yarışda oğlan və qızların müqayisəsini aparan zaman bəyləri daha zövqlü adlandırması olub:

"Amma bu həqiqətən belədir, xanımlara nisbətən bəylərimiz daha zövqlü idilər. Mən bəylərimizin belə zövqlə geyinəcəklərini bir o qədər də gözləməsəm də, onlar qızlarımızdan daha zövqlə geyindilər".

Milli.Az