Teymur Əmrah: "Evimi hədiyyə edib köçəcəm"

5 İyul 2014 11:55

O, gözlənilməz açıqlamaları ilə hər kəsi təccübləndirdi

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "5/5" verlişinin qonağı Teymur Əmrah olub.
 

Verilişin aparıcısı Zaur Kamalın "Qardaş, nə vaxt eşidirəm, qalmısınız Gəncə-Bakı arasında. Ya ora köçün, ya da burada qalın" ifadəsi Teymur Əmrahın gözlənilməz cavabına səbəb olub:
  

"Mən gəncəliyəm! Amma 27 ildir ki, Bakıda yaşayıram. Əslində Bakı sənaye şəhəri olmalı idi, bu mənim fikrimdir. Burada yaşayış olmamalı idi. Bakıda fabriklər, zavodlar olmalı idi ancaq. İndi sözsüz ki, Bakı gözəlləşir günü-gündən.

Amma uşaqlığım Gəncə ilə bağlıdır. Mən yaşa dolanda Gəncədə yaşayacam. Bu mütləq belə olacaq. Buradakı evimi satıb ora köçəcəm. Bir az pulum olsa, bu evimi "detdom" uşağına verəcəm, özüm də köçəcəm Gəncəyə. Çünki özüm o çətinlikləri görmüşəm".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.