Bakıda xüsusi istedada malik uşaqlar vaxtından əvvəl I sinfə qəbul olunurlar
5 İyul 2014 10:58
İyulun 20-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesinə başlanılır.
İdarədən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Respublikası təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013 - cü il tarixli, 739 № -li əmrinə müvafiq olaraq, həyata keçirilir.
Qəbul Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblər üzrə aparılacaq.
"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Milli.Az