Devid Luiz: "Neymara görə narahatıq"
5 İyul 2014 10:23
Devid Luiz Futbol üzrə Dünya Çempionatının 1/4 final matçında Kolumbiya ilə (2:1) oyunda komanda yoldaşı Neymarın zədələnməsini şərh edib.
Hücumçu rəqib komandanın müdafiəçisi Kamilo Suniqa ilə toqquşmadan sonra bel nahiyəsindən zədə alır və oyunu tərk edir. Milli.Az anspress-ə istinadən xəbər verir ki, daha sonra Neymar xəstəxanaya yerləşdirilir. Müəyyən olunur ki, Neymarın bel sümüyü çatlayıb və bu da braziliyalı oyunçunu mundial matçlarından kənarlaşdırıb.
"Biz udmağımıza şadıq, buna baxmayaraq Neymarın zədə almasına da pis olduq. O bizə qardaş kimi idi. Suniqanı günahlandırırammı? Yox. Hərdən emosiyalardan irəli gələrək insan nə baş verə biləcəyini düşünmədən hərəkət edir. Əgər bunu qəsdən edibsə, payını alacaq. Yox əgər bilmədən edibsə - neyləyək, bu, futboldur".
Qeyd edək ki, yarımfinalda Braziliya yığması Almaniya millisi ilə görüşəcək.
Milli.Az
DÇ-2014-ün bütün xəbərləri burada.