Gün var, əsrə bərabər: Ötənləri yada salaq
5 İyul 2014 10:09
Milli.Az anspress-ə istinadən iyulun 5-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 05 iyul 2014
Hicri: 7 ramazan 1435
İlin 186-cı günü
İlin sonuna 179 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.38
Günəş - 06.16
Zöhr - 13.45
Əsr - 18.28
Məğrib - 21.31
İşa - 23.17
1687-ci ildə Nyutonun "Philosophiæ Naturalis Principia Mathematica" (Təbiət fəlsəfəsinin riyazi prinsipləri) kitabı nəşr olunub.
1811-ci ildə Simon Bolivar Venesuelanın İspaniyadan müstəqilliyini elan edib.
1830-cu ildə Fransa Əlcəzairi işğal edib.
1884-cü ildə Kamerun Almaniyanın koloniyası oldu.
1911-ci ildə Fransanın 19-cu Prezidenti Jorj Pompidu dünyaya gəlib.
1921 - Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)PMK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi.
1924-cü ildə Parisdə 42 ölkənin iştirak etdiyi VIII Yay Olimpiya Oyunlarının açılşı olub.
1932-ci ildə Portuqaliyada Antoniu di Oliveyra Salazar hakimiyyətə gəlib.
1939-cu ildə Hatay dövlətinin Məclisi səs çoxluğu ilə Türkiyə dövlətinə birləşmə qərarı verdi.
1946-cı ildə ilk bikini Parisdə təqdim olundu.
1954-cü ildə BBC ilk dəfə televiziya xəbər buraxılışını yayımladı.
1962-ci ildə Əlcəzair müstəqilliyini elan etdi.
1977-ci ildə Pakistanda baş qərargah rəisi Ziyaul Haqqın rəhbərliyində hərbi dövlət çevrilişi oldu. Baş nazir Zülfüqar Əli Bhutto həbs edildi.
1995-ci ildə türk şair və yazıçısı Əziz Nesin ölüb.
2002 - Prezident Heydər Əliyevin fərmanı iləAzərbaycan dövləti ilə xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr fərmanı ilə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.
2008 - Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astananın 10 illiyi ilə əlaqədar təntənəli yubiley tədbirlərində iştirak edib, bir sıra ikitərəfli görüşlər keçirib.
Milli.Az