Yaponiyanı zəlzələ silkələdi
5 İyul 2014 09:34
Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İvate prefekturasında, ocağı isə 50 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, yeraltı təkanlar, Fukusima daxil olmaqla, Honsü adasının 10 prefekturasında hiss olunub. Zəlzələ nəticəsində "Fukusima-1" Atom Elektrik Stansiyasında ştatdankənar vəziyyət qeydə alınmayıb.
Milli.Az