"Mercedes" aşdı, ana ilə gəlin öldü, qardaşlar yaralandılar - VİDEO
5 İyul 2014 09:45
İyul ayının 4-ü axşam saat 22 radələrində Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə magistralın 51-ci km-də qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abdullayev Emin Ceyhun oğlu idarə etdiyi "10 OM 771" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Quba istiqamətində hərəkətdə olarkən maşını aşırıb. Qəza nəticəsində sürücünün anası, 1972-ci il təvəllüdlü Abdullayeva Sevinc Məmmədqulu qızı və sürücünün qardaşının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abdullayeva Nişanə Zakir qızı dünyasını dəyişib. Hadisə zamanı sürücü və onun qardaşı, 1991-cü il təvəllüdlü Hümbət Abdullayev də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.