Eldar Qasımov: "Onu sən de" - VİDEO

5 İyul 2014 09:56

Müğənni Eldar Qasımov "Onu sən de" mahnısına çəkdirdiyi klipi təqdim edib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, çəkilişləri Kopenhagendə reallaşan klip Eldara pulsuz başa gəlib.
 

Ekran əsərində Eldarın dostları rol alıblar. Bu barədə danışan ifaçı yalançı dostlara da söz atıb:
 

"Klipdə dırnaqarası dostlarım yoxdur. Hamısı mənə yaxın insanlardır".
 

Klipin ərsəyə gəlməsində "KKM production"ın böyük rolu olduğunu vurğulayan Eldar bu ekran əsərinin onların ilk işi olduğunu deyib. Tədbirdə həmçinin ifaçının imza mərasimi keçirilib. Eldar imzalı "Onu sən de" sinqlını pərəstişkarlarına təqdim edərək onları sevindirib.

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin.