Yay mövsümündə hər kəs işdən, gündəlik qayğılardan uzaqlaşaraq bir qədər istirahət etmək istəyir. Çoxları istirahət etmək üçün xarici ölkələri seçsə də, doğma yurdumuzu qarış-qarış gəzənlər də az deyil. Ölkəmizdə turizm bölgələrində qiymətlərin yüksək olması orta və kasıb təbəqədən olanların işinə yaramır. İndiki qiymətlərlə 1 nəfərin hansısa bir turistik məkanda 10 günlük dincəlməsi üçün ən azı 500-1000 manat lazımdır ki, buna da hər kəsin imkanı çatmır. Bu vəziyyətdə olanlar boşluğu parka, yaxud pulsuz çimərliklərə üz tutmaqla doldurmağa çalışırlar. Təbii ki, bunların heç biri hansısa dağlıq rayonda, sakit bir məkanda istirahətin əvəzini verə bilməz. Yay mövsümünü təbiətin əhatəsində, normal və lüks yerlərdə keçirmək istəyirsinizsə, bunun neçəyə başa gələcəyini bilməlisiniz.Nəsib İmaməliyev: "Rayon bir gündə 1000-1200 turisti qəbul edə bilər"






