Britaniya tarixində ən böyük aviadaşıyıcı gəmi olan "HMS Queen Elizabeth" rəsmən adını alıb və istifadəyə verilib. Təntənəli mərasim Şotlandiyanın Rosayt şəhərindəki tərsanədə (Rosyth Dockyard) keçirilib.
Mərasimdə kraliça 2-ci Yelizaveta, onun əri, Uels şahzadəsi Filipp və baş nazir Devid Kemeron da iştirak ediblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, adı gəmiyə verilmiş kraliça viski butulkasını 65 min ton su tutumu olan aviadaşıyıcının göyərtəsinə vuraraq sındırıb.
"HMS Queen Elizabeth"ın inşası Rosaytla yanaşı, Tayn, Hovan, Eppldor, Berkenhed, Porstmut tərsanələrində aparılıb.
120 şirkətin 11 min əməkdaşı inşaatda iştirak edib.
"HMS Queen Elizabeth" və onun analoqu "Uels şahzadəsi"nin ümumi dəyəri 10,6 milyard dollardır.
Britaniya Karl Hərbi-Dəniz Qüvvələrinin yeni aviadaşıyıcı gəmisinin uzunu 280 metr, eni 70 metrdir. Onun göyərtəsində 40 təyyarə və helikopter yerləşdiriləcək.
2020-ci ildə xidmətə başlayacaq gəminin heyəti 700 nəfərdən ibarət olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
























