Braziliyada keçirilən futbol üzrə dünya çempionatında ötən gecə oynanmış Braziliya-Kolumbiya matçında maraqlı olay yaşanıb.
Matçın sonuna az qalmış Kolumbiya yığmasının ulduzu Xames Rodrigesin sağ qoluna çəyirtkə qonub.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, 10 nömrəli oyunçu Braziliya yığmasının qapısına qol vuranda onun qolunda nəhəng çəyirtkə vardı.
Rodriges hələlik mundialın ən yaxşı qoleadorudur. Onun hesabında 5 matç var.
Argentina yığmasının ulduzu Lionel Messi və Braziliya millisinin oyunçusu Neymarın hesablarında 4 qol var.
Məşhur müğənni və bəstəkar Pol Makkartni may ayında Braziliyada konsret verəndə də onun üstünə çəyirtkələr qonmuşdular.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












