Ərinin sevgisinə görə arıqladı - FOTO

5 İyul 2014 11:31

"Ərim mənə dedi ki, çox kök olduğumdan cazibədar deyiləm. Ona görə də narahat oldum və arıqlamaq qərarına gəldim".

Çəkisi 95,5 kq olan Steysi ərini itirməmək üçün pəhriz saxlamağa, məşq etməyə başladı və sonucda 28,2 kq arıqlamağa nail oldu.

İndi Steysinin əri deyir ki, onu daha çox sevir.
 

Üstəlik, Steysi "buduar" tipli fotosessiyaya da çəkilərək "yeni" vücudunu nümayiş etdirərək qürurlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Uolsoll səmtində yaşayan 25 yaşlı Steysi Hemmond-Murun sözlərinə görə, oğlu Alisteri dünyaya gətirəndən sonra sürətlə kökəlməyə başlamışdı.
 

Onun əri, 31 yaşlı Conatan Mur isə günlərin birində dedi ki, çəkisi həddən ziyadədir.

"Steysi, incimə, sözlərim kobud təsir bağışlaya bilər, amma kökəldikcə cazibədarlığın azalır", - Conatan söyləmişdi.

Steysi də ərinin ona diqqətinin azalacağından qorxaraq arıqlamaq qərarına gəlmişdi.
 

8 yaşlı qızı Rubi doğulandan sonra bir qədər kökələn, 5 il əvvəl oğlu Alister dünyaya gələndən sonra isə izafi çəkisini sürətlə artıran Steysi indiki durumundan və çəkisindən çox razıdır.
 

"Arıqlamaq gözəldir. Əvvəl uşaqları hovuza aparanda utanırdım, çimərlik paltarı geyinmirdim. İndisə övladlarımla birlikdə üzürəm. Ərimə gəldikdə isə... Sən demə, o məni arıqlamağa sövq etmək üçün "cazibədarlıq"la bağlı sözləri zarafatla deyibmiş, mən də inanmışam. İndi həyat daha gözəldir", - Steysi deyib.
 

Onun əri Conatan isə gülərək söyləyib: "Steysini arıqlamağa vadar etmək üçün "cazibəni itirirsən" deməzdən əvvəl çox düşündüm. Axı onu çox sevirəm və Steysi də bu sözlərimdən inciyə, küsə bilərdi. Lakin cəsarət tapdım, risk etdim və söylədim. Halbuki yalan danışırdım. Steysinin çəkisinin, zahiri görkəminin mənim ona eşqimə əsla təsiri olmayıb, ola da bilməz. Amma arvadımı stimullaşdırdığıma sevinirəm".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.