"Karagül" teleserialının çəkilişlərində bir-birlərinə aşiq olan aktrisa Ece Uslu və rejissor Murat Saracoğlu gözdən uzaq, könüldən iraq yerlərdə görüşürlər.
Milli.Az AHT-yə istinadən bildirir ki, "Avşar Film"in çəkdiyi, baş rollarda Ece Uslu, Yavuz Bingöl, Özlem Conker, Mesut Akusta və Şerif Sezerin oynadıqları "Karagül" serialındakı bu eşqi hər iki tərəf gizlətməyə çalışırdı.
Amma altı aydan bəri davam edən münasibətləri bundan sonra da pərdələmək artıq mümkün deyil.
M.Saraçoğlu ötən ay boşanıb.
Milli.Az