Bakının 210 min sakininin həll olunmaz problemi öz həllini tapır
Bakının Yasamal rayonunda, Nərimanov heykəlinə yaxın ərazidə 12-15 il qabaq tikilmiş bir bina var, əsasən ziyalılar - memarlar, alimlər, mədəniyyət işçiləri yaşayırlar. Gözəl memarlıq üslubunda tikilmiş binadır, pəncərələrindən və eyvanından gözəl dəniz mənzərəsi açılır. Buna baxmayaraq, bina sakinləri daima narahatlıq içindədirlər, dəfələrlə söz verilsə də, mənzillərinə texniki pasport, yəni xalq dili ilə deyilsə, "kupça" ala bilmirlər.