Milli.Az ICTnews-a istinadən bildirir ki, məlum olub ki, Facebookun ştatının 66%-dən çox hissəsini kişilər təşkil edir, həm də İT əməkdaşları arasında kişilərin nisbəti 85%-ə çatır və şirkətin yüksək rəhbərliyi arasında bu nisbət 77% təşkil edir.
Həmçinin bildirilib ki, ABŞ-da dünyanın ən böyük sosial şəbəkəsinin əməkdaşlarının 57%-ni ağ irqin nümayəndəsi, 34%-ni Asiyadan gəlmələr, 3%-ni latın amerikalılar və 2%-ni qaradərililər təşkil edir. Mühəndis-texniki heyət arasında ağ dərililərin nisbəti 53%, amma asiyalılarda isə bu göstərici 41%-dir.
Facebook, Yahoo! və Google şirkətlərində heyətin tərkibi çox oxşardır: hər üç şirkətdə kişilər, amma etnik mənsubiyyət nöqteyi-nəzərindən ağ irqin nümayəndələri, Asiya irqləri üstünlük təşkil edir.
Şirkətlər əvvəllər bu məlumatı açıqlamırdılar, amma ictimai xadimlər tərəfindən tənqidə cavab olaraq dərc ediblər.
Milli.Az