Hyundai debüt etdi - FOTO

5 İyul 2014 21:43
Hyundai i10 modelinin satışlarını stimullaşdırmaq və cəlbediciliyini artırmaq məqəsədilə Koreya şirkəti i10 Sport xüsusi versiyasını təqdim edib. Məhsuldarlığın artırılmasından söhbət getmir, lakin "balaca"nın dizaynı daha idmansayağı olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, heçbek 17 düymlük yeni təkərlər əldə edib və onlar yenilənmiş yan ətəklər və həmçinin qırmızı-qara zolaqlı xüsusi rənglənmə ilə birlikdə mübariz görünüş əmələ gətirir. Hyundai i10 həmçinin gündüz hərəkət işıqları və 20 mm endirilmiş klirens də əldə edib. Salonda müsiqi sisteminin imkanları artıb və ümumiyyətlə qırmızı rəngdən istifadə olunması interyerin dizaynını xeyli yaraşıqlı edib. Bəzi hissələrdə isə dəri üzləmədən istifadə edilib.

Kapotun altında 1,2 litrlik 4-silindrli standart atmosfer mühərriki 87 a.g. və 120 Nm fırlanma anı hasil edir. Belə mühərriklə 0-100 km/saat sürətlənmə üçün 12,3 saniyə tələb olunur, maksimal sürət isə 175 km/saat bərabərdir.

Hyundai i10 Sport yalnız Almaniyada satılacaq. Qiyməti 13 990 avrodan başlayır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.