Milli.Az 4charx.com-a istinadən bildirir ki, hibrid Volkswagen XL1 100 kilometrdə cəmi 0,9 litr yanacaq sərf edir. Belə qənaətcilliyi avtomobilin alçaq, əla aerodinamikliyə sahib yüngül korpusu və dizel-elektrik güc qurğusu sayəsində təmin etmək mümkün olub. Hibrid qurğusu 48 a.g. hasil edən 800 kubluq dizel və 37 a.g. olan elektrik mühərrikindən ibarətdir. Tək elektrik dartısı hesabına avtomobil 50 km məsafə qət edə bilir.
Çəkisi cəmi 795 kq olan Volkswagen XL1 12,7 saniyə ərzində ilk 100 km/saat sürətlənməni həyata keçirə bilir. Modelin maksimal sürəti 160 km/saat bərabərdir.
Gələcəkdə şirkət XL1 modelinin Ducati 1199 Panigale Superbike motosiklinin 190 a.g. olan iki silindrli benzin mühərriki ilə təchiz ediləcək yeni versiyasını təqdim etməyi planlaşdırır.
Milli.Az