2015-ci ilin Chrysler-i sınanır - FOTO

6 İyul 2014 20:25
İnternetdə 2015-ci ilin Chrysler 300 sedanının casus fotoşəkilləri yayılıb. Şəkillərə əsasən tamölçülü sedan aşağı endirilmiş hava çəpərləri ilə yeni qabaq bamper, daha iri əsas işıq faraları, yeni duman əleyhinə fənərlər və radiator barmaqlığı əldə edib. Arxada restaylinq edilmiş arxa fənərlər və düzbucaqlı xaricetmə boruları quraşdırılacaq və həmçinin yüngül lehimli disklər əlavə ediləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sedanın salonu, o cümlədən cihaz paneli və mərkəzi konsol da yenilənəcək.

Çox güman ki, 2015-ci ilin Chrysler 300 modeli noyabrda Los-Ancelesdə keçiriləcək avtosalonda təqdim ediləcək.

Milli.Az