BMW 4-Series-ə əl gəzdirdilər - FOTO

5 İyul 2014 20:25
JMS alman tüninq emalatxanası BMW 4-Series Coupe, Convertible və GranCoupe modelləri üçün yeni staylinq-proqram təqdim edib. Tüninq paketinə yeni qabaq spoiler və 19 düymlük yüngül lehimli Tomason TN 12 diskləri daxildir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan başqa şirkətin müştəriləri avtomobilin klirensini qabaqdan 55 mm, arxadan isə 45 mm aşağı salan KW vintli asqısı, idman xaricetmə sistemi və mühərrikin optimallaşdırılmış elektron idarəetmə bloku da sifariş edə bilərlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.