Bu Toyota hidrogenlə işləyir - FOTO
5 İyul 2014 23:21
FCV (Fuel Cell Vehicle) seriya modelinin ilk təsvirlərinin açıqlanmasının ardınca Toyota şirkəti yeni modeli ABŞ-ın Kolorado ştatında, Aspen kurort şəhərində keçirilən Aspen Ideas Festival tədbirində nümayiş etdirib. Yanacaq elementləri ilə işləyən avtomobil "sıfır xaricetmə ilə avtomobillərin işlənib hazırlanmasında irəliyə doğru mühüm addım" hesab edilir. Milli.Az 4charx.com-a istinadən bildirir ki, şirkət təqdimetmə zamanı yeni təfərrüatlar açıqlamayıb, belə ki, çox şey onsuz da məlumdur. Əvvəllər xəbər verildiyi kimi avtomobilin yol ehtiyatı 500 km təşkil edir, yanacaqla doldurulma cəmi 3 dəqiqə çəkir və xaric edilən yeganə maddə adi sudur.
Yapon bazarında Toyota FCV 2015-ci ilin aprelində 7 milyon ien (50450 avro) qiymətlə çıxarılacaq. Avropa və ABŞ-da satışlar yayda başlanacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.