Türk serial ulduzuna "nəşə bəraəti"

5 İyul 2014 15:40

Türkiyənin gənc və populyar aktyorlarından biri Engin Altan Düzyatan ötən yayda bir çox aktyor və müğənnilərlə birlikdə saxlanmışdı. Onlar narkotik maddələr almaq, saxlamaq və yaymaqda suçlanırdılar.
 

E.A.Düzyatana qarşı da cinayət işi açılmışdı. Aktyoru 2 il müddətinə azadlıqdan məhrum olunma cəzası gözləyirdi.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, məhkəmə prosesində aktyora qarşı irəli sürülmüş iddialar sübut olunmadığından o, bəraət alıb.
 

Düzyatan ifadəsində deyib: "Narkotik maddədən istifadə etmişəm. Bəli, boynuma alıram. Amma narkoman deyiləm. Analizlərim bədənimdə narkotik maddə qalıqlarıın təsbit etmişdi. Amma o narkotik maddə məsələsi Afrikada safaridə olduğum günlərlə bağlıdır. Safari əsnasında bizə bələdçilik edən adamlardan biri siqaret uzatdı, mən də çəkdim. O siqaretdə narkotik maddə olduğunu anladım. Narkotik maddədən Türkiyədə yox, xaricdə istifadə etdiyim üçün bəraət istəyirəm".
 

Milli.Az