Rusiya, ABŞ və Fransa İrana yeni təkliflər verdi
15 Fevral 2010 16:04
Milli.Az-ın "İLNA" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlayıb. Salehinin sözlərinə görə, hazırda təkliflər öyrənilir. O, təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.
Salehi bildirib ki, İran prezidenti Mahmud Əhmədinejadın ölkədə uranın 20%-dək zənginləşdirildiyini açıqlamasından sonra Tehrana bir sıra təkliflər gəlməkdədir. O, hazırda uranın zənginləşdirilməsi prosesinin "normal şəkildə" davam etdirilidiyini də söyləyib.
Milli.Az