Bu gün Braziliyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinə start verildi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundialın ilk yarımfinalçısı Fransa və Almaniya millilərinin oyununda müəyyənləşdi.
Çünki hər iki komandanın adı çempionluğa namizədlər sırasında çəkilirdi. İngiltərə, İtaliya, İspaniya və Portuqaliyanın ardından daha bir Avropa nəhəngi evinə yollandı.
Almaniya və Fransa indiyədək 25 dəfə qarşılaşmışdı. İki komanda arasındakı duellərdə Fransa millisi öndə idi. Onlar 11 dəfə rəqibini məğlub yola salmışdı. Almanlar isə cəmi 8 dəfə meydandan qələbə ilə ayrılmışdı. Komandalar 6 dəfə "sülh"ə razılaşmışdı.
1/4 final
4 iyul
Fransa - Almaniya - 0:1
Qol: Hummels, 12
Baş hakim: Nestor Pitana (Argentina)
Rio-de-Janeyro. "Marakana" stadionu
Fransa: Lloris, Debuşi, Evra, Varan, Gabaye, Şako, Valbuena, Benzema, Qrizman, Matuidi, Poqba
Almaniya: Noer, Hövedes, Hummels, Xedira, Şvaynştayqner, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq

































































































































































