7 yaşlı qız Avropada Flora Kərimovanın mahnısını oxudu - FOTO

4 İyul 2014 12:29
Azərbaycan ikinci dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music Festival"a qatılıb. Milli.Az-in məlumatına görə, müsabiqədə ölkəmizi "Addım Gənclər Təşkilatı"nın dəstəyi ilə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti, 7 yaşlı Aylin Nəcəfli təmsil edib. Bu il müsabiqədə Ruminiya, İtaliya, Malta, Belarus, Makedoniya və s. ölkələr iştirak edib.

Müsabiqədə xalq artisti Flora Kərimovanın repertuarından "Tıq-tıq xanım" cizgi filminin saund-trekinı ifa edən balaca Aylin ilk gündən münsiflərin rəğbətini qazanıb. Festivalın ikinci günü isə o, musiqisi Cahangir Zülfiqarov, sözləri Elçin Nəsirliyə aid " İşıqlı dünya" mahnısını ifa edib. 7 yaşlı ifaçı yaşıdları arasında "Ən yaxşı ifaşı" kimi mükfatlandırlıb. Bundan başqa, Aylin Nəcəfliyə Bolqarıstanın məşhur rəssamı Natalia Valievanın rəsm əsəri hədiyyə olunub. Qeyd edək ki, ölkəmizi münsiflər kürsüsündə "Addım"ın sədri Hüseyn Cavadzadə təmsil edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.