Erməni qız sərhədimizdə qucaq açdı - FOTO

5 İyul 2014 20:20

Sadə erməniləri təmsil edən qız İrəvan rejimindən fərqli olaraq Bakıya qucaq açır

Dünya Erməni bloger Ani Marqaryan İsevanda Ermənistan-Azərbaysan sərhədini göstərən lövhənin altında şəkil çəkdirib.

Milli.Az anspress-ə istinadən bildirir ki, fotoşəklini sosial şəbəkədə yerləşdirən erməni qızı bu addımının tam siyasətdən uzaq bir məqsəd daşıdığını, dözümlülük və qardaşlıq mesajı olduğunu bildirib.

Ani Marqaryanın bu addımı bu gün Qazaxın işğal edilmiş kəndlərində Azərbaycana qarşı nifrət sərgiləyən baş nazir Ovik Abramyanın çıxışlarından kəskin fərqlənir. Hakimiyyəti ələ keçirmiş "Qarabağ klanı"ndan fərqli olaraq sadə erməniləri təmsil edən Ani Marqaryan azərbaycanlılarla əvvəlki kimi dostluq və qardaşlıq şəraitində yaşamaq istəyini nümayiş etdirir.

Xatırlıdaq ki, daha öncə Ani Marqaryan Azərbaycanın işğal olunmuş Hadrut rayonunda Bakını göstərən lövhənin altında şəkil çəkdirmişdi. Bununla da son illərdə böyümüş və Qarabağ münaqişəsinin tarixçəsindən xəbərsiz erməni gənclərinə bu ərazilərin Azərbaycana aid olması mesajını verir.
 

Milli.Az
Böyütmək üçün şəkillərə kilkləyin