İŞİD başkəsənlərinin yeni komandanı o olacaq?

3 İyul 2014 16:53
Suriyada və İraqda vuruşan gənc çeçen sürətlə "İraq və Şam İslam dövləti" (İŞİD) təşkilatının ulduzuna çevrilir
"Washington Post" qəzeti yazır ki, bu təşkilatın lideri al-Bagdadi kölgədə qalmağı xoşladığı, hətta şəklinin çəkilməsini istəmədiyi vaxt İSİD-in yayılan videolarında Ömər əl-ŞiŞani təşkilatın siması olub. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 28 yaşlı əl-Şişani Suriyada hərbi komandanlardan biri olub. İndi isə onun İŞİD-də baş hərbi komandan ola biləcəyi ehtimal olunur. Bu vəzifəni tutan Əbu Əbdül-Rəhman əl-Bilavi iyun ayında Mosul döyüşlərində öldürülüb.

Qəzet yazır ki, Suriyada vuruşan xarici yaraqlıların sayı 10 min nəfərdir. Bunlar arasında çeçenlər ən yaxşı döyüşçülər sayılır.

Brukinq Doha Mərkəzindən olan ekspert Çarlz Lister hesab edir ki, İŞİD-in İraqdakı və Suriyadakı hərbi əməliyyatları gündəlik uğurlardan asılı olduqca əl-Şişani kimi şəxslərin baş hərbi komandana çevrilmək şansı böyükdür.

Əl-Şişaninin əsl adı Tərxan Batiraşvilidir. O, Gürcüstandan olan çeçendir. O, Pankisi regionundandır. Batiraşvili 2010-cu ildə Türkiyəyə gedib və 2013-cü ildə Suriyada peyda olub. Yaraqlılar arasında ləqəbi "çeçen Ömərdir". Onun başçılıq etdiyi qrupun adı isə "Mühacirlər və Partizanlar Ordusudur".

Bu qrupda əksəriyyət keçmiş SSRİ-dən olanlardır.

Yaraqlılar qruplarının İslam Cəbhəsi koalisiyasının sözçüsü Hüseyn Nasir deyir: "Çeçenlər gəliblər və onların bu ölkə haqda heç bir ideyası yoxdur. Başçı nə desə, onu edirlər. Hətta əmir desə ki uşaqları öldürün, onlar uşaqları da öldürəcəklər".

Milli.Az