Belarusda alimlər xiyar yığmaq üçün unikal metod icad ediblər.
Milli.Az BelTA-ya istinadən bildirir ki, Belarus Milli Elmlər Akademiyasının nəzdindəki Tərəvəzçilik İnstitutunun alimləri dünyada ilk dəfə xiyartoplayan kombayn hazırlayıblar.
İnstitutun direktoru, kənd təsərrüfatı elmləri doktoru Aleksandr Autkonun dediyinə görə, xiyartoplayan kombayndakı platforma əməyi optimallaşdırmaqla yanaşı, məhsul yığımını da artırır.
Kombaynın iş prinsipi sadədir. Maşın tarlada hərəkət edir. Arxadakı platformalarda uzanmış 10 nəfər xiyarları toplayır, transportyora atır. Uzunluğu təqribən 15 metr olan transportyorun lenti də kənarlardan mərkəzə doğru hərəkət edir və yığıan xiyarları yeşiklərə tökür.
Dünyanın ilk xiyartoplayan kombaynı "Texmaş" ASC-də istehsal olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.