Mətbəx sirləri: Kitel
5 İyul 2014 07:00
Milli.Az "Sofra" dərgisinə istinadən kitelin hazırlanma qaydasını təqdim edir
Tərkibi (6 pay):
xəmir:
2 st. narın bulqur
2 st. qaynar su
1 yumurta
5 x.q. un
duz
iç:
2 x.q. bitki yaı
1 soğan
350 q yağsız qiymə
duz
qara istiot
Bulqurun üzərinə 2 st. qaynar su töküb isladın. Ağzını örtüb 5 dəqiqə, yumşalanadək saxlayın.
Bu müddətdə soğanı xırda doğrayıb bitki yağında qovurun, qiyməni əlavə edin, 3-4 dəqiqə qovurandan sonra duz və istiot vuraraq ocaqdan götürün.
Yumşalmış bulqura yumurta, un və duz əlavə edib ara-sıra su qataraq xəmir yoğurun.
Bu xəmirdən yumurta böyüklükdə kündələr tutun. Ortasını oyub qiyməni içinə doldurun, ağzını birləşdirib ovcunuzun içində yastılayın.
Bir qazanda su qaynadın, 1 ç.q. su əlavə edin. Kitelləri qaynayan suda 5 dəqiqə bişirin.
Kəfkirlə götürüb boşqablara çəkin. Süfrəyə qatıq və ya xama ilə verə bilərsiniz.
Nuş olsun!
Milli.Az