Azərbaycanda axtarılırdı, Rusiyada tutuldu

15 Fevral 2010 15:49
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, tutulan Vüqar İsmayılov Cinayət Məcəlləsinin 180-ci (quldurluq) maddəsi ilə axtarışda olub.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində V.İsmayılov Moskva şəhərində tutulub və respublikaya ekstaradisiya olunub.

Milli.Az