"General Motors"da partlayış: 1 ölü, 5 yaralı

2 İyul 2014 09:02
ABŞ-ın Merion şəhərində (İndiana ştatı) yerləşən "General Motors" zavodunda partlayış olub, nəticədə 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə  WISH-TV telekanalı məlumat yayıb. 
 
Zavodun nümayəndəsinin sözlərinə görə, insident dioksid xlorun partlaması nəticəsində baş verib.
 
Zavodun bütün heyəti ərazidən evakuasiya olunub. 

Milli.Az