Milli.Az auto.az-a istinadən bildirir ki, xarici dəyişikliklərə yeni bamperlər, fənərlər və kapot daxildir. Bundan əlavə, avtomobil 18-düymlü yüngüllehimli disklər də alıb. Salonda sükanın dizaynı dəyişilib, klimat-kontrola nəzarət edən düymələr yenilənib.
Əsas yenilik mühərriklər qammasına dizel qurğusunun daxil edilməsi oldu. İndi ənənəvi 2,0-litrlik 250-güclü 4-silindrli turbo mühərrikdən əlavə "Ford Focus ST" 185 a.g. verən 2,0-litrlik dizel mühərrik də alacaq.
Avtomobil benzin mühərriklə 0-dan 100 km/saata 6,5, dizel mühərriklə isə 8,1 saniyəyə sürətlənir.
Milli.Az




