Müasir həyatda daha çox bu tip insanlar dəyişkən, hər kəsə uyğunlaşan xasiyyətinə görə uğurlu olurlar
İnsanlar fərqli şəxsiyyət tiplərinə aiddirlər. Elə adamlar var ki, kütlə qarşısında çıxış etməkdən, diqqət mərkəzində olmaqdan çox xoşu gəlir. Aqressiv davranışa malik, ünsiyyətcil olan belə insanlar ekstravert tipdir. İntrovert tipə aid olanlarsa tənhalığa qapılır, kitab oxuyur, sakitlik və rahat həyata üstünlük verir. Lazım olduqda şənlik və yığıncaqlarda diqqət mərkəzində olmağı bacaran, bununla belə tənhalıqdan da zövq alanlarsa ambivertlərdir.