2 ton kokain daşıyan gəmi tutuldu

1 İyul 2014 10:46
Kosta-Rika hüquq mühafizə orqanları ölkənin Sakit okean sahillərində göyərtəsində 2 ton kokain olan qayıq ələ keçiriblər.

Anspress-in məlumatına görə, ölkənin asayiş naziri Selso Qamboa bildirib ki, narkotik qaçaqmalçılarının ələ keçirilməsi üçün baş tutmuş xüsusi əməliyyat uğurlu olub.

Məlumatda bildirilir ki, qayıq Kosta-Rika sahillərindən 500 km aralıda yerləşən İsla-del-Koko adası ərazisində saxlanılıb. Qanunsuz yükün ələ keçirilməsi ABŞ sahil mühafizəçilərinin dəstəyi ilə mümkün olub. Gəminin 4 nəfərlik ekipajı həbs edilib.

Qaçaqmalçılar tez-tez Cənubi Amerikadan ABŞ-a narkotik keçirmək üçün Kosta-Rika ərazisinin sahil sularından istifadə etməyə çalışırlar. Rəsmi rəqəmlərə görə, Mərkəzi Amerika ölkəsində təkcə bu il 17 ton kokainə əl qoyulub.

Milli.Az