Xaçmazda 24 yaşlı oğlan bıçaqlandı

30 İyun 2014 18:16
Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb. Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonunun Yeni Sudur kənd sakini, 1990-cı il təvəllüdlü Əliusmanov Roman Şükür oğlu müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və yaralı dərhal əməliyyat olunub.
 
R.Əliusmanovu bıçaqlayan şəxsin tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az