Azərbaycanda ərinin döydüyü qadın özünü 4-cü mərtəbədən atdı

30 İyun 2014 17:26
Naxçıvanda intihara cəhd olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.
 
Fəridə Camalova həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində intihar məqsədilə özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə, ər-arvad arasında düşən davaya F.Camalovanın internetdən istifadə etməsi səbəb olub. Belə ki, həyat yoldaşı F.Camalovanı buna görə vurub.
 
Ərinin ona əl qaldırmasına dözməyən qadın özünü binadan atıb.

Milli.Az