İranda yer titrədi

30 İyun 2014 14:18
İranda zəlzələ baş verib.
 
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Cənubi Xorasan vilayətinin Xusf şəhərinə təsadüf edib.
 
4,2 bal gücündə olan zəlzələ iyunun 30-da Bakı vaxtı ilə səhər saat 08:48-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Xusfdan 67 km, Bircənddən 78 km və Sərbişədən 88 km uzaqlıqda baş verib. İnsan itkisi və tələfat yoxdur.

Milli.Az