Uçan "pizzaçılar"a cəza
29 İyun 2014 15:35
Rusiyanın Sıktıvkar şəhərində "Dodo pizza" adlı bir məkan yeni üsul icad etmişdi: pizzaları müştərilərə adamlar deyil, dron çatdırırdı.
Milli.Az lenta.ru-ya istinadən bildirir ki, indi həmin pizzeriyanı 200 min rubl məbləğində cərimə gözləyir. Bu barədə Flash Nord agentliyinə Qosavianadzor-dan (Dövlət Aviasiya Nəzarəti İdarəsi) məlumat verilib.
Pizzeriya hava məkanından istifadə qaydalarının pozulmasında günahlandırılır.
Komi Prokurorluğundan həmçinin bildirilib ki, hava cihazınını qeyri-qanuni istifadəsi faktına aid də yoxlama aparılır.
Pizzeriyanın sahibi Fyodor Ovçinnikov isə agentliyə bildirib ki, hələlik nəzarət orqanlarından onlara müraciət edən olmayıb: "Qanunvericilik pilotsuz aparatları reqlamentə salmır, ona görə də bu presedent elə də əhəmiyyətli deyil".
"Dodo pizza" dronu iyunun 21-də işə salıb. İlk gün onun vasitəsilə 6 sifariş yerinə yetirilib. Həftə ərzində uçan aparatın neçə reys etdiyi isə bildirilmir.
Milli.Az