Tanınmış azərbaycanlı şairin oğlu vəfat edib
28 İyun 2014 23:25
Azərbaycanın görkəmli şairi Cabir Novruzun oğlu Vüqar Novruzov bu gün günorta saatlarında dünyasını dəyişib.
Tərcüməçi İlqar Əlfioğlunun APA-ya verdiyi məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Vüqar Novruzov Cabir Novruzun kiçik oğludur. O sabah dəfn olunacaq, mərhumla vida mərasimi 8-ci mikrorayonda yerləşən yazıçıların binasında - öz evində olacaq.
Milli.Az