Mətbəx sirləri: Sobada siqara böreyi

2 İyul 2014 07:00
Milli.Az "Sofra" dərgisinə istinadən sobada siqara böreyinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 iri yuxa
1 x.q. marqarin
0,5 st. zeytun yağı
2 x.q. qatıq
2 yumurta
1 kasa ağ pendir
qara istiot
0,5 dəstə şüyüd
0,5 dəstə cəfəri

Marqarini əridib azca soyudun. Zeytun yağı, qatıq, ilıq marqarin, 1 yumurta, qara istiotu qarışdırın.

Yuxalardan birinin üzərinə qarışığın yarısını yayın. İkinci yuxanı üzərinə yerləşdirib qarışığın qalanını üzərinə çəkinn.

Yuxanı 8 yerə bölün (8 üçbucaq). Bir qabda xırda doğranmış şüyüd, cəfəri, pendir və qara istiotu qarışdırın. Üçbucaqların üzərinə yerləşdirin, siqara böreyi kimi bükün. 1 yumurtanın sarısını çalıb üzərinə çəkin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!

Milli.Az