İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger DÇ-2014-ün keçirildiyi Braziliyadadır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fransa yığmasının sabiq oyunçuları Kristian Karambe və Biksan Lizarazu ilə İpanema çirəmliyinə yollanan 65 yaşlı A.Venger qumsallıqla futvoley oynayıb.
Matç əsnasında o, Hollandiya yığmasının forvardı Robin van Persinin hərəkətini təkrarlayaraq topu baş zərbəsi ilə rəqib meydançasına atıb.
Braziliyanın Salvador şəhərində oynanmış Hollandiya-İspaniya matçında (5:1) van Persi belə zərbə ilə qol vurmuşdu.
Paparassilər isə çimərlikdəki futvoley matçından sonra okeana dalan Arsen Vengeri Ceyms Bond barədə filmlərdə baş rollarda oynamış Deniel Kreyqə bənzədiblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.