Bakıda yol polisinə qarşı təhqiramiz hərəkət edilib. Bu barədə Avtosfer.az saytına hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, iyunun 25-də saat 12 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 100 olan göy rəngli "Rolls Royce" markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozaraq nəqliyyat vasitəsini aerokassalar olan tərəfdə, Səməd Vurğun bağının kənarında saxlayıb. Sürücüsü isə maşından düşərək uzaqlaşıb. Bu zaman 10 YP 318 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını həmin əraziyə yaxınlaşıb. Yol polisi əməkdaşları həmin avtomobilə yaxınlaşaraq bir müddət sürücünü gözləyiblər. Sürücü geri qayıdıb maşına yaxınlaşarkən yol polislərindən biri ona yanaşaraq salamlaşıb. Polis əməkdaşı burada avtomobil saxlamağın qadağan olunduğunu bildirdikdə sürücü ona kobud cavab verib. "Saxlamışam, yaxşı eləmişəm. Nə deyirsən?" - sürücü yol polisinə cavab verib."Rolls Royce" markalı avtomobilin sürücüsü DYP əməkdaşına 20 qəpik verərək sənəd təqdim etməyib