Milli.Az 4charx.com-a istinadən bildirir ki, 208 GTi 30th Anniversary qara-qırmızı kuzov, Michelin Pilot Super Sport 205/40 ZR 18 şinləri geyindirilmiş 18 düymlük yüngül lehimli disklər, qabaq ox üzərində Torsen difernsialı, yenidən qurulmuş asqı və sükan idarəetməsi əldə edib. Bundan başqa 1,6 litrlik dörd silindrli benzin turbo mühərrikin hasilatı 200 a.g. və 275 Nm -dən 208 a.g. və 300 Nm -dək artırılıb. Altı pilləli mexaniki ötürücü qutu ilə birgə bu aqreqat yubiley hot-hetçini ilk "yüzlüyə" 6,5 saniyədə sürətləndirir. Bu standart 208 GTi modeli göstəricisindən 0,3 saniyə tezdir.
Milli.Az