Milli.Az auto.az-a istinadən bildirir ki, Ramaçiottinin sözlərinə görə, gələcək kupe "Alfieri" "əsl sportkar" olacaq. Modelin salonunda isə "Audi TT" və "Porsche 911"-də olduğu qədər boş yer olacaq. İkiqapılının 2016-cı ildə konveyerə çıxacağı gözlənilir.
Bir ildən sonra isə ailə "kabriolet" banı olan versiya ilə tamamlanacaq. Yenilik arxa və tam ötürücüsü olan variantlarda əlverişli olacaq. Birinci halda model 410 a.g. verən altısilindrli mühərrik, ikinci halda isə 450 və 520 a.g. verən V6 aqreqatı əldə edəcək.
Model "Maserati GranTurismo"-nu əvəz etmək üçün nəzərdə tutulmayib - "Alfieri" müstəqil model olacaq. "GranTurismo" ailəsi isə 2018 il üçün yenilənəcək.
Milli.Az