19 yaşlı İqbalın maşınlarına baxın - FOTO

27 İyun 2014 12:48

Londonda yaşayan İqbal Alim adlı ərəb gənc Twitter və İnstagram-ın yeni ulduzlarından biridir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 19 yaşlı İqbalın sahib olduğu avtomobillərin sayı və dəyəri təəccüb doğurur.

Onun sanki superlüks avtomobil kolleksiyası var.
 

Sosial şəbəkələrdə özünü "Lord Alim" adlandıran İqbalın ümumi dəyəri 820 min dollar olan 4 avtomobilini yandırıblar.

İqbalın dediyinə görə, bunu paxıllığını çəkən adamlar ediblər.
 

Uest Midlends qraflığındakı Solihall şəhərində yaşayan İqbalın atası süperlüks avtomobillərin kirayəyə verildiyi "Platinum Executive Travel" şirkətinin sahibidir.
 

"5 gün əvvəl üç maşınımı yandırdılar, dünən isə Lamborghini-mə od vurdular. Polisə şikayətlənmişəm, xəbər vermişəm. Mənə paxıllıq edib bu cinayətləri törədənlər tapılmalıdır. İnsanların niyə paxıllıq etdiklərini anlamıram. Çox çalışır, əziyyət çəkir, pul qazanıram. Burada pis nə var ki?!" - İqbal Alim deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.