Böyük ekranlı smartfonlar istənilir

25 İyun 2014 22:13
23 min insan arasında aparılmış araşdırmaya əsasən, 2014-cü ildə respondentlərin 57 faizi yeni smartfon satın almağı planlaşdırır. Accenture konsaltinq şirkətinin hesabatına əsasən, gələcək alıcıların 48 faizi 5-7 düymlük diaqonallı ekrana üstünlük verir. Planşetofon pərəstişkarlarının əksəriyyəti (66 faiz) Hindistanın, az hissəsi isə Yaponiyanın payına (19 faiz) düşür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, həmçinin Çin (66 faiz), İndoneziya (61 faiz) və Türkiyədən (61 faiz) olan istehlakçıları böyük ekranlı smartfonlar cəlb edir. ABŞ-da bu göstərici 40 faiz, Almaniyada 30 faiz təşkil edir. Analitiklərin fikrincə, planşetofonlara tələbatın artması planşetlərin satış həcminə mənfi təsir göstərir.

Milli.Az