Fransa | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
İsveçrə | 3 | 2 | 0 | 1 | 7-6 | 6 |
Ekvador | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
Honduras | 3 | 0 | 0 | 3 | 1-8 | 0 |
Almaniya | 2 | 1 | 1 | 0 | 6-2 | 4 |
ABŞ | 2 | 1 | 1 | 0 | 4-3 | 4 |
Qana | 2 | 0 | 1 | 1 | 3-4 | 1 |
Portuqaliya | 2 | 0 | 1 | 1 | 2-6 | 1 |
Əvvəlcə Yaponiya - Kolumbiya və Yunanıstan - Kot-d'İvuar görüşləri keçirilib. Növbəti mərhələyə vəsiqə qazanmış Kolumbiyaya qrup lideri olmaq üçün 1 xal da kifayət edirdi. Ancaq komanda yaponları darmadağın edib. Oyun 4:1 hesabı ilə baaşa çatıb.
Bu qrupun maraqla gözlənilən görüşü isə Yunanıstan - Kot-d'İvuar matçı olub. Gərgin oyunun taleyi sonuncu dəqiqələrdə həll olunub. 90-cı dəqiqəyə qədər matçda hesab 1:1 olub və bu Afrika təmsiliçisinə növbəti mərhələyə çıxmaq imkanı verirdi. Amma son dəqiqədə Kot-dİvuar futbolçularının kobud və lazım olmayan qayda pozuntusu yunanlara penalti hüququ verib. Samaras zərbəni dəqiq yerinə yetirərərk komandasının 1/8 finala çıxarıb.
Nigeriya - Argentina matçı isə F qrupunun həm qrup liderliyi, həm də tərəflərin şəxsi görüşləri baxımından prinsipialdır. Qalib gələn tərəf 1/8 finala lider kimi yollanacaq. Heç-heçə isə digər matçın nəticəsindən asılı olmayaraq Argentinanı lider, Nigeriyanı isə ikinci edəcək. 16 ildən sonra mundialda Bosniya və Herseqovina üzərində 1:0 hesablı qələbə qazanan afrikalılar DÇ-2002 və DÇ-2010-da qrupda Argentinaya 0:1 yenilib. İndi afrikalılar bu 2 matçın qisasını almağı düşünürlər. Ümumiyyətlə, tərəflər 6 dəfə üz-üzə gəlib. 1 dəfə nigeriyalılar, 4 dəfə cənubi amerikalılar sevinib. 1 matçda sülh qeydə alınıb. Top fərqində Argentina öndədir - 8:6.
Bosniya və Herseqovina ilə İranın görüşü isə İslam aləmi üçün güclünü müəyyənləşdirmək baxımından maraqlıdır. Düzdür, cənub qonşularımızın hələ də 1/8 final şansları var. Ancaq gərək İran bu matçda qalib gəlməklə yanaşı, Nigeriyanın məğlub olmasına ümid etsin. Statistika İranın qalib gələcəyini göstərir. Çünki asiyalılar 5 dəfə bosniyalılarla qarşılaşıb və heç birində uduzmayıb. 4 matçda qələbə qazanan İran 1 matçda heç-heçəyə razılaşıb. Top fərqində İranın üstünlüyü də göz önündədir - 16:7.
25 iyun
C qrupu
Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90
Hakim: Pedru Proensa (Portuqaliya)
Kuyaba. "Arena Pantanal"
Kolumbiya: Ospina, Arias, Armero, Quadrado, Guarin, Mejia, Balanta, Ramos, Quintero, Martines, Valdes
Yaponiya: Kavaşima, Ucida, Honda, Naqatomo, Okazaki, Kaqava, Okubo, Aoyama, Konno, Hasebe, Yoşida
Yunanıstan - Kot-d'İvuar - 2:1
Qollar: Samaris, 42; 90 - Bony, 74
Hakim: Karlos Vera (Ekvador)
Fortaleza. "Kastelan" stadionu
Yunansıtan: Karnezis, Maniatis, Manolas, Samaras, Kone, Karagounis, Salipingidis, Torosidis, Lazaros, Sokrates, Czolevas
Kot-dİvuar: Copa, Boka, Kolol, Kalu, Tiot, Jervinyo, Droqba, Aurier, Yaya, Die, Bamba
Kolumbiya | 3 | 3 | 0 | 0 | 9-2 | 9 |
Yunanıstan | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
Kot-d'İvuar | 3 | 1 | 0 | 2 | 4-5 | 3 |
Yaponiya | 3 | 0 | 1 | 2 | 2-6 | 1 |
F qrupu
Nigeriya - Argentina - 2:3
Qollar: Musa, 4; 47 - Messi, 3; 45; Roxo, 50
Hakim: Nikola Ritsoli (İtaliya)
Portu-Aleqri. "Beyra-Rio" stadionu
Nigeriya: Enyeama, Yobo, Ambrose, Musa, Odemvingie, Emenike, Mikel, Oshaniva, Onazi, Babatunde, Omerio
Argentina: Romero, Qaray, Zabaleta, Qago, Di Maria, İquain, Messi, Maskerano, Roxo, Fernandes, Aquero
Bosniya və Herseqovina - İran - 3:1
Qollar: Dzeko, 23; Pyaniç, 59; Vrşajeviç, 83 - Reza, 82
Hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Salvador. "Arena Fonte Nova"
Bosniya və Hersoqovina: Beqoviç, Vrsajeviç, Spahiç, Kolaşinaç, Beşiç, Pyaniç, İbişeviç, Dzeko, Suşiç, Sunjiç, Haziç
İran: Həqiqi, Safi, Hüsseyni, Əmirhüsseyn, Nekounam, Masud, Andranik, Möntezari, Rza, Degah, Mehrdad
Argentina | 3 | 3 | 0 | 0 | 6-3 | 9 |
Nigeriya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
Bosniya və H | 3 | 1 | 0 | 2 | 4-4 | 3 |
İran | 3 | 0 | 1 | 2 | 1-4 | 1 |