Ukrayna parçalanır?

25 İyun 2014 11:16
"Donetsk Xalq Respublikası"nın Ali sovetinin sessiyasında "DXR"lə "LXR" birləşib
"Donetsk Xalq Respublikası"nın Ali sovetinin sessiyasında "DXR" və "LXR"-in konfederativ birləşməsi haqqında konstitusiya aktı qəbul edilib.

Anspress-in məlumatına görə, bu haqda Twitter hesabındakı səhifəsində "Donetsk Xalq Respublikası"nın "baş naziri" Aleksandr Boroday bildirib:

"Əhəmiyyətlidir! DNR Ali sovetinin sessiyasında xalq respublikalarının İttifaqına DNR-in və LNR-in konfederativ birləşməsi haqqında Konstitusiya aktı qəbul edilmişdir".

Milli.Az