Azərbaycanın Müasir İncəsənət Sərgi Salonu yarmarkada iştirakını elan edir
"Saatchi" Sərgi Salonu, London
Nəzrin Məmmədova, "Altıağac" şəkillər silsiləsindən, 2014-cü il, aluminium holoqrafik kağız üzərinə yapışdırılmış pleksiqlas səthi boyunca metal basması, 120x80 sm. Şəkil xanım rəssam və Bakıda yerləşən "Yay" Sərgi Salonu tərəfindən nümayiş üçün təqdim olunub.
Bakıda yerləşən "Yay" Sərgi Salonu "Prudential" fondunun təşkil etdiyi ilk "START Art" yarmarkasında iştirakını elan edir. Londonun "Saatchi" Sərgi Salonunda keçiriləcək yarmarka "Yay" Sərgi Salonunun Böyük Britaniyada təşkil olunan bu cür tədbirlərin birincisi olacaq.
Azərbaycan dilində "yaymaq" mənasını kəsb edən "Yay" Sərgi Salonu müasir incəsənət sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı qeyri-kommersiya təşkilatı "YARAT" tərəfindən təsis edilib. 2012-ci ildə "YARAT" Təşkilatının Qafqazda yerli müasir incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində təsis olunan "Yay" Sərgi Salonu incəsənət sahəsində beynəlxalq dialoqun təşkilini dəstəkləyir və əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlar arasında bölüşdürür.
"Saatchi" Sərgi Salonu və "Global Eye" Proqramının əməkdaşlığı nəticəsində ərsəyə gətirilən "START Art" yarmarkası beynəlxalq səviyyədə gənc rəssamların dəstəklənməsi ilə məşğuldur. Asiya, Avropa, Böyük Britaniya və ABŞ-dan bir çox sərgi salonlarının nümayəndələrini bir yerdə toplayan "START Art" yaramarkası "Yay" Sərgi Salonu üçün mükəmməl inkişaf məkanı ola bilər.
1989-cu ildə dünyaya göz açan Fərhad Fərzəliyev və Nəzrin Məmmədovanın ərsəyə gətirdikləri əsərlərini təqdim etməklə, "Yay" Sərgi Salonu 1991-ci ildən bugünədək müstəqilliyi bərpa edildikdən sonra formalaşan ilk Azərbaycan rəssamlar nəslini geniş ictimaiyyətə nümayiş etdirir. Son onilliklər ərzində Azərbaycanın məruz qaldığı sürətli mədəniyyət və estetika dəyişiklikləri əks etdirərək, "Yay" Sərgi Salonunun işləyib hazırladığı stend Azərbaycanın keyfiyyətcə yeni və püxtələşən müasir incəsənət səhnəsinin sirlərini açır.
1989-cu il təvəllüdlü Fərhad Fərzəliyevin2014-cü ildə işləyib hazırladığı "Nənənin Lüğəti" adlı silsilə əsərlərində bəsit Sovet dövrünün parçaları ilə nənə-babalarımız
1989-cu ildə anadan olan Nəzrin Məmmədovanın2014-cü ildə yaratdığı "Altıağac" şəkillər silsiləsində regionun coğrafi xəritəsini müəyyənləşdirən Qafqaz Dağlarının füsnkar fotoşəkilləri istifadə olunur. Dolğun rəngli pleksiqlas seqmentləri üzərinə fotoşəkil çevrələrini yerləşdirərək, Nəzrin Məmmədova Qafqaz Sıra Dağlarının mədəniyyət simvolizmi ilə regionda sürətlə dəyişən istehlak mədəniyyətinin sıx birləşməsini təsvir edir və, beləliklə, əcaib geniş istehlak materiallarının fəndgirliyi haqqında məlumat verir.
"Yay" Sərgi Salonu haqqında məlumat
"YARAT" Təşkilatının yerli incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində təsis olunan "Yay" Sərgi Salonu əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlarla "YARAT" Təşkilatı arasında bölüşdürən kommersiya sərgi məkanıdır.
Sərgi Salonunun bədii fəaliyyəti, əsasən, Azərbaycandan və xaricdən gənc və istedadlı rəssamların dəstəklənməsində
"YARAT" Müasir İncəsənət Təşkilatı haqqında məlumat
2011-ci ildə Aidə Mahmudova tərəfindən təsis edilən "YARAT" təşkilatı Azərbaycanda müasir incəsənətinin dəstəklənməsi və inkişafı sahəsində fəaliyyət göstərən, habelə yerli və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin məkanını formalaşdıran qeyri-kommersiya qurumudur.
Bakıda yerləşən "YARAT" Təşkilatının nizamnamə məqsədlərinə sərgi tədbirləri, təhsil proqramları və festivallar vasitəsilə nail olmağa çalışır. "YARAT" Təşkilatı yerli və beynəlxalq rəssamlar şəbəkələri, o cümlədən, muzeylər, sərgi salonları və fondlar arasında dialoqun və təcrübə mübadiəsinin təşkil olunması və dəstəklənməsi sahəsində işləyir. Təşkilatın dəstəklədiyi təcrübə-əsaslı təqaüd proqramları sayəsində qlobal mədəniyyət dialoqu və əməkdaşlığı üçün əlavə imkanlar açılır.
"YARAT"-ın təhsillə bağlı təşəbbüsləri sırasında mühazirələri, seminarları, məşğələləri və gənc istedadların dəstəklənməsi üzrə "ARTIM" proqramını qeyd etmək olar. "ARTIM" layihəsinin əsas məqsədi Azərbaycanın yeni nəslində təmsil olunan gənc istedadları incəsənət sahəsində karyera qurmaqa sövq etmək və onların ərsəyə gətirdikləri işləri peşəkar kontekstdə nümayiş etdirməkdir.
"START Art" yarmarkası haqqında məlumat
"START Art" silsilə tədbirlərin birincisi 26-29 iyun 2014-cü il tarixlərində Londonun "Saatchi" Sərgi Salonunda təşkil olunacaq. Yarmarkanın təşkil olunmasının əsas səbəbi beynəlxalq səviyyədə fəaliyyət göstərən yeni formalaşan sərgi salonlarını dəstəkləməkdir. Bu yaxınlarda keçiriləcək birinci yarmarkada dünyanın ən perspektiv incəsənət bazarları və Asiya, Avropa, Böyük Britaniya və ABŞ-dan olan aparıcı sərgi salonları bir araya gələcək.
"START Art" "Global Eye" Proqramı tərəfindən işlənib hazırlanan və "Saatchi" Sərgi Salonu ilə əməkdaşlıqda dünya üzrə gənc istedadların dəstəklənməsi ilə məşğul olan təşəbbüsdür. Yarmarkanın əsas məqsədi formalaşan sərgi salonlarını və gənc rəssamları müəyyən məkanla təmin etmək, habelə onların inkişaf etməkləri üçün zəruri sayılan dəstək və tanınmalarını təşkil etməkdir. Yarmarka eksponentlərə öz rəssamlarını mədəniyyətlə maraqlanan tamaşaçılara dünyaca məşhur olan məkanda təqdim etmək fürsətini verir. "Saatchi" Sərgi Salonu gənc istedadların tanınmasına dəstək verilməsi və öz karyeralarının qurulması ilə bağlı özünəməxsus yanaşmasına görə seçilir. Bu cür yanaşma "START Art" proqramının özəyini təşkil edir. Tədbirin sponsoru qismində Asiya qitəsində gənc istedadları və yaradıcılığı dəstəklənməsi ilə tanınan "Prudential" fondu çıxış edir.
"START Art" yalnız 44 sərgi salonunun öz rəssamlarını təqdim edəcək məqsədli incəsənət yarmarkasıdır. Təqdimat ənənəvi incəsənət yarmarkaların keçirildiyi formatından daha çox muzey məkanına bənzər sahədə keçiriləcək.
Tarix: 26 - 29 iyun 2014-cü il
Ünvan: "Saatchi" Sərgi Salonu, York Hersoqunun Malikanəsi,
Kinqsroud, London, SW3 4RY
Internet S: www.startartfair
Tədbirin təşkil olunma vaxtı:
Çərşənbə 25 iyun 2014-cü il
Mətbuat üçün təqdimat (yalnız akkreditasiya olunmuş jurnalistlər iştirak edə bilər)
Cümə Axşamı 26 iyun 2014: 10:00 - 21:00
Cümə 27 iyun 2014: 10:00 - 18:00
Şənbə 28 iyun 2014: 10:00 - 20:00
Bazar 29 iyun 2014: 10:00 - 18:00
Ödəniş: Birbaşa yerində ödəniş:
20.00 funt - böyüklər üçün bir günlük bilet
17.50 funt - 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet
Əvvəlcədən qeydiyyatla:
17.50 funt - böyüklər üçün bir günlük bilet
15.00 funt- 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet
16 yaşadək tamaşaçılar üçün giriş pulsuzdur
Nə cür çatmaq olar: Sloun Meydanı və ya "Viktoriya" Metro Stansiyasından