Yeni nəsil Nokia X smartfonu göstərildi

24 İyun 2014 18:58
Microsoft Mobility Nokianın mobil texnikasına həsr edilmiş rəsmi saytda yeni məhsulun elanını yerləşdirib. BGR India resursu yazır ki, bu, Android mobil əməliyyat sistemi ilə işləyən Nokia X seriyalı smartfonların ikinci nəsli olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni Nokia X2 smartfonu 4,3 düymlük ekran, 1 QHs takt tezlikli ikinüvəli Snapdragon prosessoru və 5 meqapiksellik kamera ilə təchiz ediləcək.

Microsoftun mobil qurğuları ilə bağlı saytında yerləşdirilmiş informasiyaya əsasən, yeni qurğu iyunun 24-də saat 12:00-da nümayiş etdiriləcək.

Milli.Az